• Bakı 17° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Narkotik vasitənin təsiri altında TIR sürən şəxs saxlanıldı

HADİSƏ

28 Dekabr 2022 | 10:14

Narkotik vasitənin təsiri altında TIR sürən şəxs saxlanıldı

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Bu barədə Bakıvaxtı.az-a İdarədən məlumat verilib.

Belə ki, Masallı rayon sakini Raqib Ağayevin idarə etdiyi “DAF” markalı, 99-KE-047 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda Ekoloji Nəzarət üzrə YPXB-nin əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün saxlanılıb.

Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Ağayevin narkotik maddə qəbul etməsi müəyyən edilib.

R.Ağayevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Ağayev inzibati qaydada həbs edilib.


Narkotik vasitənin təsiri altında TIR sürən şəxs saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026