Naxçıvan şəhərində yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, şəhərin İdris Məmmədov (Şahab məhəlləsi) küçəsində yüksək sürətlə hərəkət edən taksi fəaliyyəti ilə məşğul olan iki "NAZ Lifan" markalı avtomobil toqquşub. Sürücülər yüngül xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır. /APA


















