Bakıda 31 yaşlı qadın bazarda alış-veriş edərkən bıçaqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, DİN Mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün səhər saatlarında Nizami rayonunda baş verib. Belə ki, Qara Qarayev prospektində yerləşən bazarda ("Vosmoy bazarı") olan zaman 1991-ci il təvəllüdlü Aytəkin Şükürovaya bıçaqla ağır xəsarətlər yetirilib.
Araşdırmalarla hadisəni törədən şəxsin qadının əri, 1987-ci il təvəllüdlü Pənah Şükürov olduğu müəyyən edilib. P.Şükürov polis əməkdaşları tərəfindən tutulub.
Qadın xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağırdır.
Araşdırma davam etdirilir.
















