Bakıda yol nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, Yeni Salyan yolu, 22-də - “Jurnalistləri binası”nın qarşısında “Mercedes” və “BMW” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində avtomobillərə zərər dəyib.
Qəza ərazidə tıxaca səbəb olub.
Rafi Müslümov

















