Meksika donanmasının helikopteri qəzaya düşüb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Lazaro Kardenas limanı yaxınlığında qeydə alınıb. Belə ki, helikopter okean patrul gəmisinin göyərtəsindən havaya qalxdıqdan qısa müddət sonra Sakit Okeana düşüb.
Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Xilas edilən 3 nəfər xəstəxanaya yerləşdirilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Günəş Mərd
















