Bu gün Binəqədi rayonu, Azadlıq prospektində mənzildə baş verən yanğınla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub.
Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən bildirilib.
İlkin məlumata əsasən, yanğında 14 nəfər xəsarət alıb. Onlardan 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.
***
10:14
FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küç., 150 ünvanında yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bakıvaxtı.az bu barədə FHN-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir.
***
10:13
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.




jpg-1714981311.webp)











