Salyan rayon sakini itkin düşüb.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Babazənən yaşayış massivinin sakini, 1957-ci il təvəllüdlü Ələkbərov Hüseyn İsrafil oğlu dörd gün öncə evdən çıxıb və geri qayıtmayıb.
Onun Kür çayına düşdüyü ehtimal olunur.
Bu gün səhər saatlarından etibarən aidiyyəti qurumlar tərəfindən Kür çayında axtarış başlayıb. Hazırda onun tapılması istiqamətində tədbirlər görülür.
















