Tanınmış jurnalist Həbibə Abdulla Əməkdar artist Elnarə Abdullayevanı sərt təndiq edib.
Bakıvaxtı.az xəbər verir ki, buna E.Abdullayevanın “Whatsapp” statusuna foto qoyan xanımları tənqid etməsi olub.
H.Abdullanın müğənninin yanaşmasına verdiyi kəskin reaksiyanı olduğu kimi təqdim edirik:
" Elnarə Abdullayeva “Whatsapp” statusuna foto qoyan xanımları tənqid edib. “Niyə başqasının kişisi sənin şəklini görməlidir?" deyə etiraz edib. Elnarə Abdullayeva e, axşama (gecəyarıya) kimi başqalarının kişilərinin qarşısında oxuyub-oynayan müğənni. Başdan-ayağa botoks, dolğu, süni dırnaqla, süni saçla, aşırı makiyajla, full cəlbedici gəzən qadın. Yox, mən onu oxuyub-oynadığı, özünə baxdığı üçün tənqid etmək fikrindən külliyən uzağam. Mənim dərdim adamın saxtakarlığıdır. O adamın ki, ən azı gündə bir TV-nin efirində, başqalarının kişilərinin qarşısında danışır. Ən pisi isə yuxarıdakı kimi zərərli fikirləri püskürür efirlərdən. Axı niyə başqalarının kişiləri sizi bu cür bəzək-düzəkli, nazlı-qəmzəli görməlidir, ay Elnarə xanım?!”.
Aydın Baxış
Bakı 




