• Bakı 17° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Pakistanda terror: çox sayda ölən və yaralanan var

DÜNYA

03 Aprel 2026 | 09:44

Pakistanda terror: çox sayda ölən və yaralanan var

Pakistanın Bannu şəhərində polis məntəqəsi yaxınlığında baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 13 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Dawn" portalı məlumat yayıb.

Yaralananlar arasında bir polis əməkdaşı var.

Məlumata görə, partlayış partlayıcı maddələrlə doldurulmuş avtomobilin polis məntəqəsinin arxa divarına çırpılması zamanı baş verib. Güclü partlayış nəticəsində polis məntəqəsinin divarı uçub və binanın içərisində şüşələr sınıb, həmçinin yaxınlıqdakı evlər zədələnib. Eyni zamanda, mülki əhali arasında itkilərə səbəb olub.

Axtarış-xilasetmə əməliyyatları davam edir.


SON XƏBƏRLƏR

02 Aprel 2026