• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İrandakı səfirliyimizə  hücum edən şəxsin kimliyi MƏLUM OLDU - YENİLƏNİB

HADİSƏ

27 Yanvar 2023 | 12:00

İrandakı səfirliyimizə hücum edən şəxsin kimliyi MƏLUM OLDU - YENİLƏNİB

Azərbaycan səfirliyinə hücum edən şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, terror aktını törədən şəxs İran vətəndaşı Yasin Hüseynzadə olub.

İstintaqın ilkin məlumatlarına görə, o, 2 azyaşlı uşaq: 14 yaşlı qız və 7 yaşlı oğlanla birlikdə “Pride” markalı avtomobillə inzibati binaya gedib.
Şübhəli şəxs səfirliyin binasına daxil olaraq binanın birbaşa girişində atəş açıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. /Trend

 

11:30

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026