• Bakı 14° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İmişlidə silsilə oğurluq edən şəxs saxlanıldı -FOTO

HADİSƏ

13 Mart 2024 | 08:37 | Müəllif: Qalib İbrahimoğlu

İmişlidə silsilə oğurluq edən şəxs saxlanıldı -FOTO

İmişlidə silsilə oğurluqlarda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən Məmmədli Alim saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədli beş evə qanunsuz daxil olaraq zərərçəkmişlərin ümumilikdə 10 000 manatdan artıq pulunu və dəyəri 35 000 manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb.

Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

A.Məmmədlinin digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.


İmişlidə silsilə oğurluq edən şəxs saxlanıldı -FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026