• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Bakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü

HADİSƏ

11 Aprel 2024 | 12:22

Bakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü

Bakıda qətl hadisəsi olub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. Burada naməlum şəxslə 31 yaşlı Anar Malik oğlu Quliyev arasında mübahisə yaranıb.

Nəticədə A.Quliyev bıçaqlanıb və Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Lakin xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq, o dünyasını dəyişib.

A.Quliyev Keşlə qəsəbəsində kababçı işləyib. Naməlum müştəri kabab alarkən ona irad bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaşanıb. Sonradan küçədə tərəflər rastlaşıblar və mübahisə daha da böyüyüb. Nəticədə məlum olay baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır. (Lent.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026