• Bakı 24° C

    11 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

HƏMAS və Fələstin fraksiyaları Qəzza ilə bağlı sazişi razılaşdırıblar

DÜNYA

31 Iyul 2026 | 00:11

HƏMAS və Fələstin fraksiyaları Qəzza ilə bağlı sazişi razılaşdırıblar

HƏMAS hərəkatı və Qəzzada nizamlanma prosesində iştirak edən Fələstin fraksiyaları anklavda vəziyyətin sabitləşdirilməsi ilə bağlı sazişin bütün bəndlərini razılaşdırıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, saziş Qəzza zolağında sülh prosesinə nəzarət üçün yaradılmış beynəlxalq struktur olan Sülh Şurası tərəfindən təqdim edilib.

Bildirilib ki, razılaşmalar barədə rəsmi açıqlama İsrail tərəfi HƏMAS tərəfindən qəbul edilən şərtləri təsdiqlədikdən sonra veriləcək. Əldə olunan razılaşmanın detalları, ehtimal olunur ki, artıq cümə günü açıqlana bilər.

Hərəkatın nümayəndəsinin dəqiqləşdirdiyinə görə, HƏMAS tərəfindən qəbul edilən şərtlərə, məsələn, "HƏMAS-ın, o cümlədən ağır silahlarının Qəzza zolağının idarə olunması üzrə milli (Fələstin – Qeyd) komitəsinə təhvil verilməsi" daxildir. Silahların inventarlaşdırılması və saxlanması isə "hərəkət məsələləri ilə məşğul olan beynəlxalq komitə" tərəfindən həyata keçirilməlidir.

HƏMAS həmçinin razılaşıb ki, silahların təhvil verilməsi prosesi "İsrail qoşunlarının faktiki çıxarılması ilə əlaqələndirilsin". Silahların inventarlaşdırılması və saxlanmaq üçün təhvil verilməsi üçün ayrılan müddət isə "ən azı 14 gün təşkil etməlidir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Iyul 2026