• Bakı 19° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

46 yaşlı kişi Qarabağ kanalında batdı - VİDEO

HADİSƏ

30 Iyul 2026 | 18:26 | Müəllif: Subhan Mahmudov

46 yaşlı kişi Qarabağ kanalında batdı - VİDEO

Qarabağ suvarma kanalının Ağcabədi rayonundan keçən hissəsində bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, “112" qaynar telefon xəttinə rayonun Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1980-ci il təvəllüdlü Əsədov Adil Əsəd oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR