• Bakı 24° C

    10.7 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Daha 2 neft tankeri dronla vuruldu

DÜNYA

30 Iyul 2026 | 13:54

Daha 2 neft tankeri dronla vuruldu

Rusiyanın Novorossiysk limanının yükləmə məntəqəsində Marşall adaları bayrağı altında üzən “NIFFOS SIFNOS” tankeri dron hücumuna məruz qalıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xəzər Boru Kəməri Konsorsiumunun Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, hücum nəticəsində obyektdə neft yüklənməsi dayandırılıb. Dron zərbəsindən sonra gəmidə meydana gələn yanğın söndürülüb. Xəsarət alan yoxdur. Gəmi üzmə qabiliyyətini saxlayıb, hazırda dəymiş zərərin qiymətləndirilməsi aparılır.

Bundan başqa, limandan altı dəniz mili məsafədə Men adası bayrağı altında üzən “MARATHI” tankeri də hücuma məruz qalıb.

Xəzər Boru Kəməri Konsorsiumundan bildirilib ki, beynəlxalq infrastruktura edilən hücumlar Qazaxıstanın və şirkətin Qərb səhmdarlarının iqtisadi maraqlarına əhəmiyyətli ziyan vurur.

Xatırladaq ki, iyulun 20-də Ukrayna Silahlı Qüvvələri Xəzər Boru Kəməri Konsorsiumunun Rusiyanın Novorossiysk limanı yaxınlığındakı terminalında “Nelsa” tankerinə dronla hücum etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR