• Bakı 24° C

    10.7 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

DÜNYA

30 Iyul 2026 | 20:06

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Livan Prezidenti Cozef Aun Türkiyədə səfərdədir.

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankarada Prezident Sarayında keçirilən rəsmi mərasimdə Livan dövlət başçısını Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qarşılayıb.

Mərasimdə Türkiyənin XİN rəhbəri Hakan Fidan və digər yüksəksəviyyəli dövlət rəsmiləri də iştirak ediblər.

Qeyd edək ki, görüşdə Türkiyə və Livan arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq gündəmdəki aktual məsələlərin müzakirə olunacağı gözlənilir. Danışıqların yekununda Ərdoğan və Aunun birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR