Qırğızıstan və Özbəkistan sərhəddəki gediş-gəliş məntəqələrinin sayını 15-dən 30-a çatdıracaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşündə bildirib.
S.Japarov qeyd edib ki, iki ölkə arasında imzalanacaq yeni müqavilələr sayəsində sərhəddəki bütün məsələlər tam həllini tapacaq.
Bundan başqa, Qırğızıstan Özbəkistanın Əndican şəhərində özünün Baş konsulluğunu açacaq.
Bakı 



