UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" də bu gün növbəti sınağına çıxıb.
Rəşad Sadıqovun baş məşqçisi olduğu "qartallar" Sumqayıtda "Payde" ilə cavab görüşünə çıxıb. Tərəflər hərəyə 1 dəfə fərqləniblər. Ötən həftə Estoniyada baş tutan ilk oyunda 0:1 hesabı ilə qalib gələn "Payde" adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, "Payde" 3-cü təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün güclüsü ilə üz-üzə gələcək.
21:41
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" (Estoniya) matçında ikinci qol vurulub.
Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən matçda qonaq komanda hesabı bərabərləşdirib - 1:1.
71-ci dəqiqədə Henri Anier adını tabloya yazdırıb.
20:48
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" (Estoniya) matçında ilk hissə yekunlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən matçda Bakı klubu hesabda irəlidədir - 1:0.
5-ci dəqiqədə Eren Aydın fərqlənib.
20:07
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" matçında ilk qol vurulub.
Bakıvaxtı.az-ın məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən matçda Bakı klubu hesabı açıb - 1:0.
5-ci dəqiqədə Eren Aydın fərqlənib.
20:01
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" matçı başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma Sumqayıt şəhər stadionunda keçirilir.
Görüşü xorvatiyalı FIFA referisi Patrik Kolariç idarə edir.
Qeyd edək ki, tərəflər arasında Estoniyada keçirilən ilk oyunda Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 0:1 hesabı ilə məğlub olmuşdu.
Bakı 



