Rusiya Nazirlər Kabineti benzin ixracına qoyulan tam qadağanın 31 yanvar 2027-ci ilə qədər uzadılması barədə qərar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin veb-saytında dərc olunmuş sənəddə deyilir.
"Hökumət benzin, dizel yanacağı, gəmi yanacağı və qaz yağının ixracına yeni müvəqqəti qadağa tətbiq edib. Bu qərar daxili yanacaq bazarında sabitliyi qorumaq üçün qəbul edilib. İmzalanmış qətnaməyə əsasən, yanacaq ixracına qoyulan müvəqqəti qadağa 1 avqustdan 31 yanvar 2027-ci ilə qədər qüvvədə olacaq", - deyə bəyanatda bildirilir.
1 sentyabrdan etibarən istehsalçıların özləri tərəfindən ixrac edilən dizel yanacağı, gəmi yanacağı və qaz yağına qoyulan qadağa aradan qaldırılacaq. Bundan əlavə, yanacaq ixracına beynəlxalq hökumətlərarası müqavilələr çərçivəsində, eləcə də xarici ölkələrə humanitar yardım üçün ayrı-ayrı hökumət qərarları əsasında icazə verilir.
Bakı 



