• Bakı 25° C

    7.27 m/s

  • USD - 1.7

    EUR - 1.9466

    RUB - 2.1306

Erdal Beşikçioğlu həbs edildi - YENİLƏNİB

DÜNYA

30 Iyul 2026 | 14:54

Erdal Beşikçioğlu həbs edildi - YENİLƏNİB

Türkiyənin paytaxtı Ankarada Etimesqut Bələdiyyəsinə qarşı keçirilən korrupsiya əməliyyatı çərçivəsində bələdiyyə sədri Erdal Beşikçioğlu saxlanılıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Etimesqut Bələdiyyəsində aparılıb.

Beşikçioğlunun hansı ittihamlarla saxlanıldığı və istintaqın digər təfərrüatı ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

Qeyd edək ki, 56 yaşlı Erdal Beşikçioğlu uzun illər aktyor və teatr rejissoru kimi fəaliyyət göstərib, Türkiyə Dövlət Teatrlarında müxtəlif vəzifələrdə çalışıb.

Beşikçioğlu xüsusilə televiziya və teatr layihələrindəki rolları ilə tanınıb. O, 2015-ci ildə Ankara Dövlət Teatrından təqaüdə çıxıb.

Beşikçioğlu siyasətə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi daxil olub. 2024-cü il martın 31-də keçirilən yerli seçkilərdə CHP-nin Etimesqut bələdiyyə sədri namizədi olaraq seçkiyə qatılıb və qalib gəlib.

O, aprelin 4-də seçki vəsiqəsini aldıqdan sonra Etimesqut bələdiyyə sədri vəzifəsinin icrasına başlayıb.

***

09:00

Türkiyənin paytaxtı Ankara şəhərinin Etimesqut bələdiyyəsində səhər saatlarında əməliyyat keçirilib.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan aktyor və həmin bələdiyyənin sədri Erdal Beşikcioğlu saxlanılıb.

Əməliyyatın korrupsiya istintaqı çərçivəsində keçirildiyi bildirilib. "Etimesgut Bələdiyyəsinin sədri Erdal Beşikcioğlunun da aralarında olduğu çox sayda şəxs saxlanılıb", - məlumatda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026