Şabranda 21 yaşlı hamilə qadın zəhərlənərək ölüb
Bakıvatxı.az xəbər verir ki, hadisə rayonun Ceyranlı kəndində qeydə alınıb. 2000-ci il təvəllüdlü Yusifova Məleykə Vahab qızı zəhərlənərək dünyasını dəyişib.
İlkin araşdırma zamanı dünyasını dəyişən M.Yusifovanın hamilə olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir. (unikal.org)
















