• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Ramin yeraz" saxlanıldı

CƏMİYYƏT

27 Aprel 2021 | 18:40

"Ramin yeraz" saxlanıldı

Sosial şəbəkələrdə "Ramin yeraz" kimi qeydiyyatdan keçən şəxsin canlı yayımlar açaraq narkotik vasitələrin təbliğini həyata keçirməsi və ictimaiyyətə yönəlik təhqiramiz ifadələr işlətməsi barədə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən müvafiq tədbirlər görülüb.

DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, paytaxtın Nizami rayon sakini olan Ramin İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb. Həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Şəxs barəsində istintaq müddətində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026