• Bakı 23° C

    5.38 m/s

Fransada 8 minə yaxın insan istidən ÖLÜB 

DÜNYA

16 Sentyabr 2026 | 16:58 | Müəllif: Günəş Mərd

Fransada 8 minə yaxın insan istidən ÖLÜB

Mayın sonundan etibarən Fransada baş verən üç isti hava dalğası zamanı təxminən 8 min ölüm hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, AFP Fransanın Milli Səhiyyə Agentliyinə istinadən bildirir ki, ölənlərin nə qədərinin birbaşa yüksək temperaturla əlaqəli olduğunu hazırda dəqiq müəyyənləşdirmək mümkün deyil.

Qeyd olunub ki, məlumatlar ilkin xarakter daşıyır və bütün yay dövrünün təhlili başa çatdıqdan sonra rəqəmlərə yenidən baxıla bilər. Fransada isti hava dalğaları ilə bağlı epidemioloji monitorinq mövsümü iyunun 1-dən sentyabrın 15-dək davam edir.

“Météo-France”ın məlumatına görə, 2026-cı ilin yayı Fransada meteoroloji müşahidələrin başladığı 1900-cü ildən bəri ən isti yay olub. Bu göstərici ilə 2003 və 2022-ci illərin rekordlarını geridə qoyub.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026