• Bakı 14° C

    5.89 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu

HADİSƏ

29 Iyul 2022 | 16:16

Əvəz Hafizlini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu

Bakıda qətl törətməkdə təqsirləndirilən Əmrulla Güləliyevə hökm oxunub və o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonunun Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, Ə.Güləliyev qohumu, 24 yaşlı Əvəz Hafizlini yaşadığı evin həyətində bıçaqlayaraq qətlə yetirib.

Ə.Güləliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026