• Bakı C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

"Çakır" saxlanılıb - YENİLƏNİB

ŞOU

13 Yanvar 2026 | 14:47

Çakır saxlanılıb - YENİLƏNİB

Türkiyədə məşhurlara qarşı yönəlmiş narkotik işi üzrə istintaq çərçivəsində Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya da saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, adları çəkilən şəxslər "istifadə məqsədilə narkotik və ya psixotrop maddə saxlamaq", "narkotik istifadəsini asanlaşdırmaq", "bir şəxsi fahişəliyə təşviq etmək, bunun yolunu asanlaşdırmaq, fahişəlik üçün vasitəçilik etmək və ya yer təmin etmək", "qumar oynanması üçün yer və şərait yaratmaq" maddələri əsasında saxlanılıblar.

Xatırladaq ki, bu əməliyyat çərçivəsində aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla, ümumilikdə altı nəfər saxlanılıb.

***

12:37

Türkiyədə məşhurlara yönəlmiş istintaq çərçivəsində aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla 6 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd edək ki, o daha çox "Kurtlar Vadisi" serialındakı "Çakır" obrazına görə tanınırdı.


SON XƏBƏRLƏR

17 Yanvar 2026