• Bakı 21° C

    5.96 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Bakıda 87 yaşlı qadına qarşı soyğunçuluq edildi

HADİSƏ

29 Iyul 2024 | 12:50

Bakıda 87 yaşlı qadına qarşı soyğunçuluq edildi

Yasamalda 87 yaşlı qadına qarşı soyğunçuluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən 87 yaşlı qadın iyulun 26-da günorta saatlarında Yasamal rayonu ərazisində yaşadığı evin yaxınlığında bir nəfərin ona zor tətbiq edərək içərisində 65 manat pulu və mobil telefonu olan çantasını taladığını bildirib.

    Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı Səməd Məmmədov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR