• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Bağ evlərindən oğurluq edən şəxslər saxlanıldı - VİDEO

HADİSƏ

03 Iyul 2025 | 16:02

Bağ evlərindən oğurluq edən şəxslər saxlanıldı - VİDEO

Novxanı və Görədildə tikinti aparılan bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb.

Bakıvaxtı.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda tikintisi tamamlanmayan 8 evdən oğurluq edilib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq talama cinayətini törədən şəxslər - 33 yaşlı Rövşən Cavadov və tanışı 38 yaşlı Elvin Aliyev saxlanılıblar. Həmin şəxslər Novxanı və Görədil bağları massivlərində evlərdə təmir işlərinin getmədiyinə əmin olduqdan sonra həmin mənzillərdən santexnika malları, təmir-tikinti alətləri, məişət əşyaları və elektrik naqillərini talayıblar. Bu yolla zərərçəkənlərə külli miqdarda zərər vurublar. Onların oğurluq əməlləri təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb.

    İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Sulutəpə qəsəbəsində iki evdən ümumilikdə 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayan 48 yaşlı Ramil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib.

    Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Oktyabr 2026