• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Badamdar yamacında sürüşmə təhlükəsi: Yollar bağlandı - VİDEO

CƏMİYYƏT

05 Aprel 2026 | 08:48 | Müəllif: Qalib İbrahimoğlu

Badamdar yamacında sürüşmə təhlükəsi: Yollar bağlandı - VİDEO

Badamdar yamacında sürüşmə təhlükəsi yaranıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda yamacın yuxarı hissəsində sürüşmənin aktivləşdiyi bildirilir.

Təhlükə ilə əlaqədar olaraq Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Badamdar-20-ci Sahə yolunda nəqliyyatın hərəkəti dayandırılıb, yol bağlanıb.

Məsul şəxslər hazırda ərazidədir. Polis ərazini nəzarətə götürüb.

Qeyd edək ki, Badamdar-20-ci Sahə yolunda əvvəllər də dəfələrlə sürüşmə qeydə alınıb. Son illərdə bu halın aktivləşməsi əsasən yağışlı hava şəraiti ilə əlaqələndirilir.


Badamdar yamacında sürüşmə təhlükəsi: Yollar bağlandı - VİDEOBadamdar yamacında sürüşmə təhlükəsi: Yollar bağlandı - VİDEOBadamdar yamacında sürüşmə təhlükəsi: Yollar bağlandı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026