• Bakı 23° C

    2.33 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Zaqatalada yük maşını yanıb

HADİSƏ

09 Iyun 2026 | 09:52 | Müəllif: Əli Hüseynov

Zaqatalada yük maşını yanıb

Zaqatalada Bakı sakininin idarə etdiyi yük maşını yanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun Zaqatalanın Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib. Bakı sakini Ruslan Əhmədovun idarə etdiyi “Ford Tranzit” markalı xırdatutumlu yük avtomobilinin salon hissəsində yanğın baş verib. Yanğın nəticəsində maşının salon hissəsi yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğına səbəb maşının elektrik sistemində baş vermiş qısa qapanma göstərilir.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026