• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli hadisə

HADİSƏ

07 Iyul 2026 | 22:15 | Müəllif: Subhan Mahmudov

Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - Qobustanda dəhşətli hadisə

İyulun 4-də Qaradağ rayonunda ölümlə nəticələnən hadisə baş verib.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Qobustan qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu vurub.

Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib.

Hadisə şahidlərinin və ölən şəxsin yaxınlarının sözlərinə görə, Asif Nağıyev və Azər Şahmuradov arasında ədavət bir müddət imiş davam edirmiş.

Onlar arasında qısqanclıq zəminində münaqişənin olduğu iddia edilir.

Hadisənin necə baş verməsinə dair anbaan görüntülər mövcud olsa da, həssaslığı nəzərə alaraq həmin kadrları nümayiş etdirmirik.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026