• Bakı 13° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Xaçmazda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

HADİSƏ

01 Noyabr 2024 | 16:26

Xaçmazda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

Xaçmaz rayonu ərazisində noyabrın 1-də saat 13 radələrində 1967-ci il təvəllüdlü İlham Rüstəmovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı 1981-ci il təvəllüdlü Rəhman Cavadovun şəxsi münasibətlər zəminində İlham Rüstəmova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

"Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Rəhman Cavadov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR