• Bakı 22° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Tovuzda qəbiristanlıqda yanğın oldu

HADİSƏ

15 Sentyabr 2024 | 18:36 | Müəllif: Subhan Mahmudov

Tovuzda qəbiristanlıqda yanğın oldu

Tovuzda yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az bildirir ki, hadisə rayonun Bozalqanlı kəndi ərazində qeydə alınıb.

Yanğın kənd qəbirstanlığının ərazisində təxminən 2 hektardan çox sahəni əhatə edib. Kənd evləri qəbiristanlığa yaxın olduğundan alovun evlərə keçməsinin qarşısını almaq üçün hadisə yerinə Tovuz yanğından mühafizə hissəsinin yanğın söndürmə maşınları və canlı qüvvəsi cəlb olunub.

Əraziyə təcili tibbi yardım briqadası da gəlib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb və tam söndürülüb.

Faktla bağlı araşdırma aparılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026