• Bakı 20° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

HADİSƏ

15 Oktyabr 2024 | 16:02 | Müəllif: Əli Hüseynov

Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

Oktyabrın 15-də saat 12 radələrində Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində Habil Əzizov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə qəza törədib.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, nəqliyyat vasitəsi su kanalına aşıb, sürücü hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

    ***

    15:14

    “Yuxarı Şirvan” kanalının Ağdaş rayonunun, Ərəbocağı kəndi ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

    Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    ***

    14:12

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindən keçən hissəsində “Lada” markalı minik avtomobilinin kanala düşməsi barədə məlumat daxil olub.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

      Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

      Əlavə məlumat veriləcək.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      08 Oktyabr 2026