• Bakı 17° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Tanışını qətlə yetirən şəxsə hökm oxundu

HADİSƏ

03 Oktyabr 2022 | 16:45

Tanışını qətlə yetirən şəxsə hökm oxundu

Bakıda qətl törətməkdə təqsirləndirilən Rabil Qasımova hökm oxunub və o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə bu il aprelin 4-ü saat 23 radələrində paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı tanışı, 1982-ci il təvəllüdlü Bəhruz Quliyevi bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

R.Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR