Xankəndidə baş vermiş partlayış nəticəsində 200-dən çox insan yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası xəbər yayıb.
Onların əksəriyyətinin vəziyyəti ağır və ya son dərəcə ağırdır.
***22:38
Xankəndidə baş verən partlayış nəticəsində ölənlərin sayı yüzü ötüb.
Bakıvaxtı.az bildirir ki, yanacaq anbarında baş verən partlayışdan sonra 100-dən çox insanın həlak olduğu deyilir. Xeyli sayda yaralı var. Lakin hələlik dəqiq rəqəmi müəyyən etmək mümkün deyil.
Qeyd olunur ki, insanların həyatını xilas etmək üçün zərərçəkənləri hava yolu ilə təxliyə etmək lazımdır.
***
21:16
Rusiya sülhməramlı kontingentinin həkimləri Xankəndidə yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində xəsarət alan Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinə yardım göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sülhməramlıların teleqram kanalı məlumat yayıb.
Ən ağır yaralılar xüsusi təyinatlı tibb bölməsinə təxliyə ediliblər.
Xatırladaq ki, Xankəndi-Əsgəran avtomobil yolunda yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib. İlkin məlumatlara görə, yanacaq çəni partlayıb. Güclü partlayış nəticəsində ölən və yaralananlar var.
***
19:38
Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazılıb.
Partlayış nəticəsində xəsarət alanların olduğu bildirilir.




jpg-1698235117.webp)


jpg-1698213279.webp)








