• Bakı 21° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Sərxoş vəziyyətdə avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO

HADİSƏ

31 Avqust 2022 | 15:39

Sərxoş vəziyyətdə avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən nəzarət-yoxlama tədbirləri zamanı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək digərlərinə də təhlükə yaradan sürücü saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü, Şəki şəhər sakini Asif Məmmədov yol-hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı həmin şəxsin sərxoş olduğu aşkarlanıb.Həmçinin, öz əməlinə haqq qazandırmaq üçün polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayan sürücü xırda xuliqanlıq hərəkətlərinə yol verib. Asif Məmmədov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 10 sutka inzibati həbs olunub.

Qeyd edək ki, həmin sürücü əvvəllər də avtomobili sərxoş halda idarə etdiyinə, eləcə yol-hərəkəti qaydalarını müxtəlif üsullarla pozduğuna görə, barəsində son 1 il ərzində 9 dəfə inzibati tənbeh tədbiri görülüb.


Sərxoş vəziyyətdə avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026