Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb.
Bu barədə Bakıvaxtı.az-a DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, hazırda müvafiq araşdırma aparılır.
Araşdırma başa çatan kimi sərbəst buraxılacaq.
***
11:12
Müsavat Partiyasının üzvü Tofiq Yaqublu polis əməkdaşları tərəfindən saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi "Facebook" hesabında məlumat paylaşıb.
Tofiq Yaqublunun hansı səbəbdən saxlanıldığı barədə hələ ki rəsmi məlumat verilməyib.
"Atamın hara aparıldığı barədə heç bir məlumatımız yoxdu", - deyə Nigar Həzi qeyd edib.
Nuranə Daxilqızı
















