• Bakı 19° C

    11.96 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub

DÜNYA

31 May 2026 | 16:10

SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub

İsrail ordusu bazar günü Suriyanın cənubundakı Quneytra vilayətinin bir bölgəsinə daxil olaraq müvəqqəti yoxlama-buraxılış məntəqəsi qurub və yoldan keçənləri yoxladıqdan sonra geri çəkilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu SANA-ya (Syrian Arab News Agency) yerli mənbələr açıqlayıb.

"İki hərbi nəqliyyat vasitəsindən ibarət qüvvə Seydə əl-Qolan kəndi ilə Məzrəət əl-Bəsəli arasındakı yol boyunca irəliləyib. İsrail əsgərləri ərazidən keçən insanları saxlayıb və yoxlayıb, sonra geri çəkiliblər", - məlumatda bildirilib.

Qeyd olunub ki, İsrail 4 hərbi maşınla Dəra vilayətinin kəndlərindən birinə daxil olub və eyni fəaliyyəti həyata keçirib.

"4 hərbi maşında təxminən 150 əsgər olub. İsrail hərbçilərinin qurduğu məntəqələrdə kimlərinsə saxlanılıb həbs olunması barədə məlumat yoxdur", - mənbədən bildirilib.


SON XƏBƏRLƏR

30 May 2026