• Bakı 19° C

    8.89 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

İran-ABŞ sülh prosesi: kimlər iştirak edə bilər?

DÜNYA

31 May 2026 | 16:49

İran-ABŞ sülh prosesi: kimlər iştirak edə bilər?

 

İran və ABŞ arasında mümkün razılaşmada tərəflərin öhdəliklərinin zəmanəti BMT Təhlükəsizlik Şurasının qətnaməsidir.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mahmud Nəbəvian bildirib.

Onun fikrincə, Təhlükəsizlik Şurasının qətnaməsindən əlavə, razılaşma layihəsinə İran tərəfindən digər zəmanətlər də daxil edilib: "İran və ABŞ arasında hər hansı bir anlaşma razılaşdırılıdıqdan sonra Vaşinqton etibar yaradan tədbirlər görmədikcə, Tehran heç bir addım atmayacaq. Razılaşma layihəsində memorandumun icrasına nəzarət komissiyası nəzərdə tutulub və İranın təklifi ilə bu komissiyaya Çin, Rusiya və Pakistan daxil ediləcək".

Həmçinin qeyd olunub ki, Hörmüz boğazı İranın qarşı tərəfin öhdəliklərinin yerinə yetirilməsi üçün ən mühüm zəmanətidir və bu su yolu üzərində nəzarət Tehranda qalacaq. Razılaşmanın pozulması halında İran Hörmüz boğazında hərəkətin idarə edilməsini yenidən nəzərdən keçirəcək.

Əvvəlki müsahibəsində Nəbəvian ABŞ ilə İran arasında Pakistanın paytaxtı İslamabadda baş tutan danışıqlarda Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin irəli sürdüyü iki əsas tələbi qabardıb.

Qeyd edək ki, Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələlərdir.


SON XƏBƏRLƏR

30 May 2026