Gürcüstanın Marneuli rayonunda dahi Azərbaycan şairi Nizami Gəncəvinin büstünə qarşı hörmətsizlik edilib.
Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, rayonun Nəriman Nərimanov və Nizami Gəncəvi küçələrinin kəsişməsində yerləşən büst naməlum şəxslər tərəfindən vandalizmə məruz qalıb.
Belə ki, abidənin gözləri və dodaqları qırmızı boya ilə rənglənib.
Hadisə yerindən yayılan görüntülər sosial şəbəkələrdə narazılıqla qarşılanıb. İstifadəçilər bu cür hərəkətlərin qəbuledilməz olduğunu bildirərək aidiyyəti qurumları məsələyə müdaxilə etməyə çağırıblar.
Ümid edilir ki, Gürcüstanın müvafiq qurumları hadisəni araşdıracaq, təqsirkar şəxslər müəyyən ediləcək və abidə əvvəlki vəziyyətinə qaytarılacaq.
Bakı 




