Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanın Rusiyadan başqa qazı "heç vaxt" olmayacaq və bazar qiymətlərinə keçid təchizat vəziyyətini çətinləşdirə bilər.
Bakıvaxtı.az Musavat.com xəbər verir ki, rusiyalı rəsmi qaz bazarındakı vəziyyətə yaxşı bələd olduqlarını vurğulayıb.
“Biz qaz bazarındakı vəziyyəti çox yaxşı bilirik. Orada Rusiya qazından başqa heç vaxt digər qaz olmayacaq. Yeganə sual Ermənistanın Rusiya qazını haradan alacağı və hansı vasitəçiyə pul ödəyəcəyidir”, - deyə Overçuk bildirib.
Onun sözlərinə görə, Rusiya qazından imtina ediləcəyi təqdirdə Ermənistandakı vəziyyət “çox mürəkkəb” olacaq ki, Moskva da bunu istəmir.
Rusiya baş nazirinin müavini Avropanın hələ də Rusiya qazını almağa davam etdiyini diqqətə çatdırıb.
“Ona görə də onların sadəcə xəritəyə baxması kifayətdir. Hətta hazırda orada hansı boru kəmərlərinin fəaliyyət göstərdiyinə nəzər salsalar, Rusiya qazını kimdən alacaqlarını dərhal görəcəklər. Təbii ki, bu, artıq 30%-lik ixrac rüsumu, qiymətin bazar qiyməti olacağı və vasitəçilərin də öz gəlir payını almaq istəyəcəkləri nəzərə alınmaqla baş verəcək”, - deyə Overçuk vurğulayıb.
Bakı 




