• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Salah da Səudiyyə Ərəbistanında çıxış edə bilər

İDMAN

01 Sentyabr 2023 | 09:44

Salah da Səudiyyə Ərəbistanında çıxış edə bilər

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, Mersisayd təmsilçisi 31 yaşlı hücumçunun keçidi üçün "Əl-İttihad"la razılaşıb.

Misirli oyunçunun bu gün şəxsi təyyarə ilə sözügedən ölkəyə gedəcəyi gözlənilir.

"Əl-İttihad"ın Salaha 76 milyon avro maaşla üçillik müqavilə təklif etdiyi iddia olunub.

Qeyd edək ki, 2017-ci ildən "Liverpul"da çıxış edən hücumçunun sözləşməsinin müddəti 2025-ci ildə başa çatmalı idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026