• Bakı 20° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qurban Qurbanovdan Koxalski barədə AÇIQLAMA

İDMAN

06 Sentyabr 2026 | 23:58 | Müəllif: Əli Hüseynov

Qurban Qurbanovdan Koxalski barədə AÇIQLAMA

"Hələ ki, rəsmi bir gediş yoxdur. Danışıqlar gedirdi".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının IV turunda "Araz-Naxçıvan"ı 3:2 məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında komandanın qapıçısı Mateuş Koxalskinin klubdan ayrılacağı ilə bağlı sualı cavablandırarkən deyib.

"Müqaviləsində bir bənd var və bu bizi hər transfer pəncərəsində danışıqlara vadar edirdi. Bu gün matçımız var idi, ona görə də oyuna köklənmişdik. Oyundan sonra bu barədə maraqlanaram", - deyə baş məşçqçi bildirib.

Qeyd edək ki, bu gün Ağdam təmsilçisi IV turun son matçında "Araz-Naxçıvan"ı məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:2 hesabı ilə bitib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026