• Bakı 24° C

    7.1 m/s

Qazaxıstanda neft emalı zavodunda YANĞIN

DÜNYA

08 Sentyabr 2026 | 08:48 | Müəllif: Qalib İbrahimoğlu

Qazaxıstanda neft emalı zavodunda YANĞIN

Qazaxıstanın Qızılorda şəhərində neft emalı zavodunda yanğın baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qızılorda vilayətinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

    Yanğının hər birinin tutumu 60 ton olan iki rezervuarı əhatə etdiyi bildirilir. Yanğınsöndürənlər hadisə yerinə çatarkən alovun yaxınlıqdakı daha üç rezervuara keçməsi təhlükəsi yaranıb.

    Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yayılmasının qarşısı alınıb və üç rezervuar yanğından mühafizə olunub. Yanğının söndürülməsinə yanğınsöndürmə qatarı da cəlb edilib.

    Məlumata görə, yanğın 200 kvadratmetr ərazini əhatə edib və tam söndürülüb.

    Hadisənin başvermə səbəbi araşdırılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Sentyabr 2026
    18 Sentyabr 2026