• Bakı 11° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Polis Azərbaycanda 24 nəfəri saxladı

CƏMİYYƏT

23 Mart 2026 | 10:43

Polis Azərbaycanda 24 nəfəri saxladı

Martın 22-də ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 13, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Həmçinin ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


SON XƏBƏRLƏR

22 Mart 2026