• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Pakistanda terror aktı - 4 ölü

DÜNYA

27 Avqust 2024 | 10:22

Pakistanda terror aktı - 4 ölü

Pakistanın Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadzenin hücumu nəticəsində ən azı 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Hadisə bazar ertəsi səhər Şimali Vəziristan vilayətində yerləşən Razmak yaşayış məntəqəsi yaxınlığında baş verib. Hücum edənin hədəfində bölgədə fəaliyyət göstərən terror qruplaşmalarından birinin əvvəllər Pakistan hakimiyyətinə təslim olmuş keçmiş səhra komandiri olub.

Kamikadze içərisində keçmiş yaraqlının olduğu avtomobilə hücum edib. Partlayış nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə yerləşdiriliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026