• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Oğuzda uşaq bağçası YANDI

CƏMİYYƏT

23 Noyabr 2023 | 08:42 | Müəllif: Qalib İbrahimoğlu

Oğuzda uşaq bağçası YANDI

Oğuz şəhər ərazisindəki körpələr evi-uşaq bağçasında yanğın hadisəsi olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib.

Qeyd olunub ki, gecə saatlarında yanğınla bağlı məlumat daxil olub. Dərhal FHN-in Yanğından Mühafizə Hissəsinin bir neçə texnikası və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.

Yanğın yanğından mühafizə hissəsinin əməkdaşlarının səyi nəticəsində söndürülüb, eyni zamanda, yaxınlıqdakı yardımçı tikililər yanğından mühafizə edilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Oğuz Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata əsasən, hadisənin elektrik naqillərində qısaqapanmadan baş verdiyi ehtimal edilir.

Hazırda yanğın hadisəsi müvafiq orqan tərəfindən araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026