• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Nigar Kərimova direktor oldu

HADİSƏ

12 Noyabr 2026 | 10:53 | Müəllif: Əli Hüseynov

Nigar Kərimova direktor oldu

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrləri ilə Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru təyin edilib. Digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub.

Bakıvaxtı.az xəbər verir ki, noyabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Nigar Kərimovanı institutun kollektivinə təqdim edib.

Təqdimat mərasimində institutun elmi fəaliyyətinin təkmilləşdirilməsi, tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi və elmi nəticələrin praktik tətbiqi məsələləri müzakirə olunub. Həmçinin müəssisənin gələcək fəaliyyət istiqamətləri və qarşıda duran əsas vəzifələr diqqətə çatdırılıb.

Nigar Kərimova kimdir?

Nigar Kərimova 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində biologiya ixtisası üzrə bakalavr, 2015–2016-cı illərdə isə Böyük Britaniyanın Aberdin Universitetində genetika üzrə magistr təhsili alıb.

O, 2023-cü ildə “Azərbaycanda xroniki mieloid leykozlu xəstələrdə genetik variasiyaların molekulyar identifikasiyası” mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

Kərimova 2016–2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda elmi fəaliyyətlə məşğul olub, eyni zamanda Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib. 2019–2020-ci illərdə Türkiyənin Ege Universitetində elmi tədqiqatlarını davam etdirib. 2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi çalışıb.

Onun elmi fəaliyyətinin əsas istiqamətlərini molekulyar genetika, genetik polimorfizmlər, onkogenetika və fərdiləşdirilmiş tibb təşkil edir. Nigar Kərimova ümumilikdə 15 elmi məqalə və 3 konfrans tezisi olmaqla 18 elmi əsərin müəllifi və həmmüəllifidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026