• Bakı 21° C

    6.8 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Misirdə qatar qəzası: 32 ölü, 108 yaralı - YENİLƏNİB

HADİSƏ

26 Mart 2021 | 20:40

Misirdə qatar qəzası: 32 ölü, 108 yaralı - YENİLƏNİB

Misirdə iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 108 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza zamanı 32 nəfər həlak olub. Yaralılara ilkin tibbi yardım göstərilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hadisə ilə əlaqədar hər iki qatarın maşinistləri saxlanılıb, araşdırma aparılır.

***
Misirdə 30-dan çox insanın ölümü ilə nəticələnən qatar qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd edilir ki, Misirdə sürətlə hərəkət edən iki qatar toqquşub. Ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hadisə nəticəsində 32 nəfər həyatını itirib, 66 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR