• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Metroda çəkilən görüntülərlə bağlı açıqlama

CƏMİYYƏT

22 Aprel 2024 | 14:08 | Müəllif: Qalib İbrahimoğlu

Metroda çəkilən görüntülərlə bağlı açıqlama

“Bakı Metropoliteni”nin Həzi Aslanov stansiyasında qatar xətlərinin üzərinə su axması ilə bağlı görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, görüntülərdə stansiyanın tavanından suyun sızaraq relslərin üzərinə və ətrafına axdığı bəlli olur.

Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Qafqazinfo.az-a bildirib ki, “Həzi Aslanov” stansiyasının xidməti otaqlarından birində su xətti borusu zədələnib: 

“Dərhal stansiyaya daxil olan əsas su xətti bağlanıb. Suyun tavan hissədən stansiya yoluna sızması nəticəsində sərnişinlərin və qatarların hərəkət təhlükəsizliyinə xələl gəlməyib.

Qatarlar hərəkət qrafikinə uyğun intervallar saxlanılmaqla hərəkət edib. Qısa müddətdə yaranmış problem aradan qaldırılıb və suyun verilməsi bərpa olunub”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026